Gimnastlarımız Portuqaliya və Rusiyada turnirlərə qatılacaqlar
Tarix: 10.03.2010 Saat: 01:23
Mövzu: İDMAN


Qadın gimnastlarımız martın 11-14-də Portuqaliyanın Portimao şəhərində dünya kubokunun mərhələ turnirində və gənclər arasında beynəlxalq yarışlarda iştirak edəcəklər.

Macarıstanın Debretsen şəhərində keçirilən bədii gimnastika üzrə dünya kuboku uğrunda mərhələ turnirində uğurla çıxış edərək, finallardan birində üçüncü yeri tutan Azərbaycanın qadın gimnastlarından ibarət qrup komandası martın 11-14-də Portuqaliyanın Portimao şəhərində dünya kubokunun mərhələ turnirində və gənclər arasında beynəlxalq yarışlarda iştirak edəcək. Debretsen şəhərində mübarizə aparan Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Nigar Mirzəyevadan ibarət qrup komandamızın, habelə Aliyə Qarayeva, Anna Qurbanova, Lalə Yusifova və Jalə Qaratovanın daxil olduqları Azərbaycan yığmasının heyətinə iki gənc gimnast - Aişə Mustafayeva və Yekaterina Prokopenko da daxil edilib. Martın 13-də Moskvada keçiriləcək “Alina-2010” turnirində isə Azərbaycan iki komanda ilə təmsil olunacaq.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7768