Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan Səudiyyə Ərəbistanı kralı fondunun kral Faysal beynəlxalq mükafatına layiq görülüb.
Erdoğana mükafatı kral Abdullah özü şəxsən təqdim edib. Erdoğanın bu mükafata layiq görülməsi isə Türkiyənin baş nazirinin xüsusilə İslam aləmi ilə bağlı məsələlərdə nümayiş etdirdiyi iradə və qətiyyətliliklə izah olunur. Bu mükafat bir neçə kateqoriyada dünya üzrə professor və alimlər olmaqla ümumilikdə 6 nəfərə təqdim edilib. Erdoğana isə mükafat İslam dininə qulluq etmək adı ilə ən prestijli kateqoriya ilə təqdim edilib.
