Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədr müavini, NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Karl Lamersi qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla Almaniya arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov Azərbaycanın regiondakı rolu, Avropa-Avroatlantik institutları ilə əməkdaşlığı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlar prosesi barədə də qonağa məlumat verib.
