Prezident İlham Əliyev İraqın ölkəmizdəki səfirini qəbul etdi
Tarix: 09.03.2010 Saat: 03:55
Mövzu: SİYASƏT


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayılı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.



Dövlətimizin başçısı Ərşad Ömər İsmayılın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. İraqda Parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev əlaqələrimizin növbəti mərhələdə də daha fəal olacağına ümidvar olduğunu bildirib. Səfirə uğurlar arzulayan dövlətimizin başçısı əminliklə qeyd edib ki, diplomat Azərbaycan və İraq xalqları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə də fəaliyyətini davam etdirəcək. İraqın ölkəmizdəki səfiri Ərşad Ömər İsmayıl Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin işinə yaradılan yüksək şəraitə görə şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Azərbaycan xalqının timsalında yaxşı dost qazandığını deyən diplomat gələcək fəaliyyəti dövründə də xalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərinin əsirgəməyəcəyini bildirib





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7748