XXI Qış Olimpiya Oyunları bağlı elan edildi
Tarix: 28.02.2010 Saat: 23:49
Mövzu: İDMAN


Kanadanın Vankuver şəhərində start götürən XXI Qış Olimpiya Oyunlarına yekun vurulub.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqqe Vankuver Olimpiadasını rəsmən bağlı elan edib. BOK-un prezidenti iştirakçılarla Soçidə keçiriləcək növbəti Qış Olimpiadasında görüşmək ümidilə sağollaşıb. Bundan sonra XXI Qış Olimpiya Oyunlarının məşəli söndürülüb. Xatırladaq ki, Qış Olimpiya Oyunlarında ev sahibi olan Kanada yığması 14 qızıl, 7 gümüş və 5 bürünc medal əldə edərək ümumi komanda hesabında ilk yeri tutub. İkinci yeri isə 10 qızıl, 13 gümüş və 7 bürünc medal qazanan Almaniya komandası 2-ci, 9 qızıl, 15 gümüş və 13 bürünc medal əldə edən ABŞ yığması isə ümumi komanda hesabında 3-cü olub.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7610