Dövlət Aqrar Universitetinin kitabxana müdiri özünü asdı
Tarix: 08.02.2010 Saat: 08:28
Mövzu: CƏMİYYƏT


Fevralın 4-dən itkin düşdüyü bildirilən Gəncə şəhər sakininin intihar etdiyi məlum olub.



Gəncə şəhər Polis İdarəsindən verilən məlumata görə, idarəyə Yaşıllaşdırma İdarəsinə məxsus “Gülçülük sovxozu” adlanan yerdə ağacdan asılmış kişi meyitinin aşkarlanması barədə anonim zəng daxil olub. Hadisə yerinə gəlmiş polis əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, bu, fevralın 4-dən itkin düşdüyü bildirilən Gəncə şəhər sakini, 1948-ci il təvəllüdlü Səfərov Nizami Səyyad oğludur. O, özünü ağacdan asaraq intihar edib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. Məlumata görə, intihar edən 62 yaşlı Səfərov Nizami Səyyad oğlu Azərbaycan Dövlət Aqrar Universitetində kitabxana müdiri vəzifəsində işləyib.





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7268