Azərbaycanın ABŞ-dakı səfirliyi “Prescient Worldwide” telefon şirkətinə etiraz məktubu göndərdi
Tarix: 08.02.2010 Saat: 07:51
Mövzu: SİYASƏT


 Telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilib.


Azərbaycan Xarici İşlər Nazirliyinin müvafiq göstərişi əsasında, “Prescient Worldwide” telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi göstərilməsi ilə əlaqədar olaraq ABŞ-dakı səfirliyimiz sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərib. XİN-in mətbuat xidmətinin məlumatına görə, məktubda həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilib. Cavab məktubunda R.Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və gələcək də belə səhvlərin təkrarlanmayacağını bildirib.





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7267