İranda əsgərləri daşıyan avtobus aşdı, 2 nəfər həlak oldu
Tarix: 08.02.2010 Saat: 07:30
Mövzu: DÜNYA


Hadisə nəticəsində 19 nəfər yaralanıb.


İranın Rəfsəncən- Kirman magistral yolunda əsgərləri daşıyan avtobus aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 19 nəfər yaralanıb. İran televiziyasının rəsmi xəbər saytı İRİBNEWS- un yaydığı məlumata görə, hadisə sürücünün yuxulu olması və nəqliyyat vasitəsini idarə edə bilməməsi səbəbindən baş verib. Yaralılar Kirman şəhər xəstəxanasına çatdırılıb. Avtobus Kərəc şəhərindən Kirman əyalətinə əsgər aparırmış.





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7266