Bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.
Azərbaycan və Ermənistan “Madrid prinsipləri”nin razılaşdırılmamış bəndləri üzrə təkliflərini hələlik vasitəçilərə təqdim etməyib. Bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov bildirib. “Regiona səfər planlaşdırırsınızmı” sualının cavabında diplomat tərəflərin təqdim edəcəyi təklifləri gözlədiklərini deyib: “Əvvəlcə tərəflərin təkliflərini alaq, sonra səfər barədə düşünərik”. Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 25-də Soçidə keçirilən görüşündən sonra Y.Merzlyakov Bakı və İrəvanın iki həftə ərzində “Madrid prinsipləri”nin razılaşdırılmamış bəndləri üzrə öz təkliflərini təqdim etməli olduqlarını, bundan sonra regiona səfər edəcəklərini söyləyib. Apa
