ABŞ Konqresinin üzvü Mayk MakMahon Azərbaycan üzrə işçi qrupuna qoşulub.
Beləliklə, ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupu üzvlərinin sayı yenidən 42-yə çatıb. Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, 2008-ci ildə Nümayəndələr Palatasında Nyu-York ştatını təmsil edən demokrat konqresmen M.MakMahon palatanın xarici məsələlər komitəsinin Avropa məsələləri üzrə alt komitəsinin, həmçinin Nümayəndələr Palatasının nəqliyyat və infrastruktur komitəsinin üzvüdür. Xatırladaq ki, cari ilin əvvəlində konqresmen Robert Vekslerin istefası ilə əlaqədar qrup üzvlərinin sayı 41-ə enmişdi.
