Ukraynada prezident seçkilərinin ikinci turunda rəqibindən çox az səs faizi ilə öndə olan Regionlar Partiyasının lideri Viktor Yanukoviç artıq xalqı qələbə münasibətilə təbrik edib.
"Vesti"-nin verdiyi xəbərə görə, V. Yanukoviç ikinci turda ona səs verən bütün seçicilərə təşəkkür edib: “Biz bu günün gəlib çatması üçün sizinlə bərabər inadla çalışdıq. Mən bizim ümumi işimizə - dəyişikliklər uğrunda mübarizəyə verdiyiniz dəstəyə görə sizə minnətdaram. Bu gün dünya sizin azad və ədalətli seçkilər vasitəsilə ifadə olunan səsinizi eşitdi. Mən sizin etimadınızı doğruldacağam”.
V. Yanukoviç seçkilərdə Yuliya Timoşenkonu və digər namizədləri dəstəkləmiş seçicilərə də onların etimadlarını qazanmağa çalışacağı barədə söz verib: “Hesab edirəm ki, Ukraynada istənilən prezidentin vəzifəsi ölkənin şərqinin, qərbinin, şimalının və cənubunun birləşdirilməsi, vətəndaşlarımızın vahid xalq kimi bir araya gətirilməsidir. Bu məqsədə nail olunması mənim başlıca vəzifəmdir”.
