Bakıdakı şaxta 2 nəfərin həyatına son qoydu
Tarix: 08.02.2010 Saat: 00:07
Mövzu: CƏMİYYƏT


Bakıda daş karxanasında fəhlə işləyən iki nəfər donvurmadan ölüb.

Qaradağ rayon prokurorluğundan verilən məlumatda bildirilib ki, fevralın 7-də rayonun Çənlibel daş karxanaları adlanan düzənlikdə Balakən rayonunun Qaysa kənd sakinləri, 1970-ci il təvəllüdlü Hudunov Şəhmir Əli oğlu və 1974-cü il təvəllüdlü Əhmədilov Hüseyn Tanağamoğlan oğlunun donmuş vəziyyətdə cəsədləri tapılıb. Məlumatda bildirilir ki, onlar fevralın 4-də karxanadan evə qayıdarkən çovğuna düşərək donublar.

Hazırda faktla bağlı araşdırma aparılır.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7254