Azərbaycanda səs verən Ukrayna vətəndaşlarının əksəriyyəti V.Yanukoviçə səs verib
Tarix: 07.02.2010 Saat: 23:25
Mövzu: SİYASƏT


Azərbaycanda səs verən Ukrayna vətəndaşlarının yarısı müxalif Regionlar Partiyasının lideri olan Viktor Yanukoviçi dəstəkləyib.



Bu barədə Trend-ə seçki komissiyasının sədri Mariya Saidova məlumat verib.

Azərbaycanda yaşayan 237 Ukrayna vətəndaşının adı seçki siyahısına daxil edilib, onlardan 92 nəfər seçkilərdə iştirak edib.

Seçicilərdən 46 nəfəri Viktor Yanukoviçə, 38 nəfəri - Yuliya Timoşenkoya, 8 nəfəri isə bütün namizədlərin əleyhinə səs verib.

3 saylı seçki məntəqəsi səhər saat 08:00-da açılıb, axşam saat 20:00-da isə bağlanıb. Səsvermə zamanı pozuntu qeydə alınmayıb.







Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7253