Kubalı telejurnalistlər Azərbaycan haqqında veriliş hazırlayıblar
Tarix: 07.02.2010 Saat: 22:48
Mövzu: MƏDƏNİYYƏT


Telejurnalistlər Azərbaycanda səfərdə olub, müxtəlif çəkilişlər aparıb, geniş materiallar toplayıblar.

Cari il martın 4-dən 8-dək Havanada Azərbaycan-Kuba Hökumətlərarası Komissiyasının 3-cü iclası çərçivəsində Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Ölkəmizlə bağlı verilişin hazırlanması və əvvəlcədən yayımlanması məqsədilə kubalı telejurnalistlər Azərbaycanda səfərdə olub, müxtəlif çəkilişlər aparıb, geniş materiallar toplayıblar. Səfər çərçivəsində qonaqlar Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə də görüşüb, ölkəmizin qədim mədəniyyəti və turizm potensialı ilə bağlı müsahibə alıblar.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7251