Ukraynada "exit-poll" nəticələri elan edib
Tarix: 07.02.2010 Saat: 21:55
Mövzu: DÜNYA


Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

Ukrayna KİV-nin məlumatına görə, artıq “exit-poll”un nəticələri açıqlanıb. “Exit-poll”un nəticələrinə görə, Regionlar Partiyasının lideri Viktor Yanukoviç Yuliya Timoşenkodan öndə gedir. Belə ki, Yanukoviç səslərin 49%-ni, Timoşenko isə 46%-ni toplayıb.

Ukraynanın yeni prezidentinin adının fevralın 8-də səhər saatlarında bəlli olacağı gözlənilir.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7249