Naxçıvan Muxtar Respublikası Türkiyə ərazisi kimi təqdim edildi
Tarix: 06.02.2010 Saat: 06:48
Mövzu: SİYASƏT


Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) təqdim etdiyi xəritədə Naxçıvan Muxtar Respublikasını Türkiyə ərazisi kimi göstərib.

UEFA-nın veb-səhifəsində yerləşdirilən xəritədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın nəyə görə Türkiyə ərazisi kimi göstərilməsi məlum deyil. Türkiyə mətbuatının yaydığı məlumata görə, UEFA bu addımı ilə bir ilkə imza atıb. Belə ki, indiyədək Türkiyə ərazisi yanlışlıqla başqa ölkələrin ərazisi kimi göstərilib. İndi isə başqa bir ölkənin ərazisi Türkiyə ərazisi kimi təqdim olunub.





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7247