Mingəçevir DRES-dən elektrik enerjisi verilişi tamamilə bərpa edildi
Tarix: 06.02.2010 Saat: 06:42
Mövzu: İQTİSADİYYAT


Mingəçevir Dövlət Rayon Elektrik Stansiyasından (DRES) yüksəkvoltlu elektrik ötürücü xətlər vasitəsilə elektrik verilişi tamamilə bərpa edilib.

“Azərenerji” SC-nin mətbuat xidmətindən verilən məlumata görə, yüksəkvoltlu xətlərdə müşahidə olunan bütün problemlər aradan qaldırılıb və hazırda xətlər vasitəsilə enerji verilişi tamamilə bərpa olunub. Qeyd edək ki, ”Bakıelektrikşəbəkə” ASC-dən əvvəl bildirildiyi kimi, SC bu günün sonuna kimi paytaxt əhalisinin 95 faizini elektrik enerjisi ilə təmin edəcək. Hazırda "Bakıelektrikşəbəkə" Sabunçu və Əhmədli, o cümlədən şəhərin Binəqədi rayonundakı hava xətlərində mövcud olan problemi aradan qaldırır.





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7246