Tədbir fevralın 25-də keçiriləcək.
BMT-nin Nyu-Yorkdakı baş ofisi qarşısında Xocalı soyqırımı ilə bağlı yürüş keçiriləcək. Tədbir Azərbaycan diaspora təşkilatları və tələbələr tərəfindən təşkil olunacaq. ABŞ-dakı Azərbaycan diaspora təşkilatları bütün türkləri və azərbaycanlıları Xocalı qətliamını yad etmək üçün tədbirə qatılmağa dəvət edib. Türk diasporu və bir çox sadə amerikalılar geniş miqyaslı aksiyanı dəstəkləyəcək. Tədbir fevralın 25-də BMT-nin iqamətgahı qarşısında keçiriləcək. Aksiyanın əsas məqsədi qətliama və həqiqi tarixə diqqəti cəlb etmək, BMT-nin Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqdır. Aksiyanın qətnaməsi səfirliklərə göndəriləcək.
