Bakıda yaşayış evi yandı, 2 nəfər xəsarət aldı
Tarix: 06.02.2010 Saat: 04:05
Mövzu: CƏMİYYƏT


Hadisə bu gün səhər saat 06.10 radələrində Yasamal rayonu M. Muxtarov küçəsi dalan 1-də qeydə alınıb.
 


Bakıda yaşayış evi yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə bu gün səhər saat 06.10 radələrində Yasamal rayonu M. Muxtarov küçəsi dalan 1-də qeydə alınıb. Həmin ünvanda yaşayan Fazil Fətəliyevə məxsus evdə baş verən yanğın onun qonşusu Zemfira Mədətovanın da evinə keçib. Nəticədə ümumilikdə 250 kv/m sahədə yanar konstruksiyalar və oradakı əşyalar tam yanıb. Hadisə zamanı xəsarət alan Fazil Fətəliyev və onun qonşusu Ceyhun Əliyev xəstəxanaya yerləşdiriliblər.





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7242