Yolların buz bağlaması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib
Tarix: 06.02.2010 Saat: 00:32
Mövzu: CƏMİYYƏT


Bakıda yolların buz bağlaması nəticəsində xəsarət alan 19 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimin müavini Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, fevralın 5-dən 6-a keçən gecə yolların buz bağlaması nəticəsində 19 nəfər yıxılaraq xəsarət alıb. Həmin şəxslərin hamısı şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər. Xəsarət alanalardan 11-i kişi, 8-i qadındır.

R. Nağıyev həmçinin ötən gecə 3 paytaxt sakininin dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanalara yerləşdirildiyini qeyd edib.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7237