Dəm qazı daha bir nəfərin həyatına son qoydu
Tarix: 06.02.2010 Saat: 00:02
Mövzu: CƏMİYYƏT


Gürcüstan vətəndaşı Bakıda dəm qazından boğulub.

Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan məlumat verilib.

Hadisə fevralın 5-də Yasamal rayonu, S.Əsgərova küçəsində qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, Gürcüstan vətəndaşı, 40 yaşlı Yeganə Nəzərəliyeva dəm qazından boğularaq ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7236