Azərbaycan prezidenti Münhendə Türkiyənin xarici işlər naziri ilə görüşdü
Tarix: 05.02.2010 Saat: 09:22
Mövzu: SİYASƏT


Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional və digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münhendə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional və digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.





Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7233