Həmin şəxslərdən 5-nin aldığı xəsarət ağır olduğundan onlar xəstəxanalara yerləşdiriliblər.
Havaların kəskin soyuması ilə əlaqədar Bakıda 6 nəfər xəstəxanaya müraciət edib. Bu barədə məlumat verən Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimin müavini Rauf Nağıyev bildirib ki, bu gün Bakı şəhərində müşahidə olunan qarlı hava ilə əlaqədar sürüşərək yıxılan 6 nəfər müxtəlif xəsarətlərlə həkimə müraciət edib. Həmin şəxslərdən 5-nin aldığı xəsarət ağır olduğundan onlar xəstəxanalara yerləşdiriliblər. R. Nağıyev Təcilli Tibbi Yardım Stansiyasının gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.
