Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində forumun keçiridiyi tədbirlərin əhəmiyyəti vurğulandı.
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə Alman-Azərbaycan Forumunun üzvləri ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı istiqamətində forumun keçiridiyi tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Alman-Azərbaycan Forumu ölkələrimiz arasında müxtəlif sahələrə dair yeni layihələr həyata keçirmək niyyətindədir və Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı fikirləri böyük maraq doğurur. /AzərTAc/
