Yaralılar təcilli tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Hazırda Əzizbəyov rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır. Yaralıların adı hələlik açıqlanmır. Bu gün Mərdəkan qəsəbəsində daha bir partlayış hadisəsi olub. Hadisə dəniz kənarında yerləşən bağ evində qeydə alınıb. Təbii qaz sızmasının səbəb olduğu partlayış nəticəsində ev sahibi, 1970-ci il təvəllüdlü Vaqif Yaqubov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib
