ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Bakıya gələcək
Tarix: 05.02.2010 Saat: 03:17
Mövzu: SİYASƏT


Fevralın 14-də Bakıya səfər edəcək ATƏT-in fəaliyyətdə olan sədrini müşayiət edəcək nümayəndə heyətinin tərkibinə ATƏT sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Bolat Nurqaliyev də daxildir.

Bu barədə APA-ya Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov məlumat verib.

Xatırladaq ki, Bolat Nurlaliyev ATƏT sədri Kanat Saudabayev tərəfindən bu il münaqişələr üzrə xüsusi nümayəndə təyin olunub. 2010-cu ildə ATƏT-ə sədrlik edəcək Qazaxıstan dondurulmuş münaqişələrin nizamlanmasını əsas fəaliyyət prioritetlərindən elan edib.






Bu xəbərin gəldiyi yer: Radio Antenn 101 FM
http://antenn.az

Bu xəbər üçün adres:
http://antenn.az/modules.php?name=News&file=article&sid=7226