Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun köməkçisi Namiq Məmmədov söyləyib. Onun sözlərinə görə, təmizlik işlərinə Hacıbala Abutalıbov şəxsən nəzarət edir: “Bu saata qədər əsas və mərkəzi küçələrdən qarın təmizlənməsinə 150-dək texnika cəlb olunub. Eniş və yoxuş yollara qum səpilir. Qar yağıntısı davam etsə də, var gücümüzlə işləyirik”.
