Onlardan elmi tədqiqat məqsədilə istifadə olunacaq. Bunu İran Müdafiə naziri Əhməd Vahidi bəyan edib. “İlk dəfədir ki, İran raket daxilində kosmosa canlı orqanizm göndərib. Burada siçovlular, tısbağalar və ilbizlər olub”, - deyə Əhməd Vahidi bildirib. Raketin kosmosa yola salınması mərasimində Mahmud Əhmədinejad və ölkənin hərbi rəhbərliyi iştirak edib. Artıq iki ildən çoxdur ki, bu layihə üzərində işlənildiyi bildirilir.
